Вернуться назад Распечатать

Tramp İran məsələsində Papanı yenidən tənqid edib - FOTO

ABŞ Prezidenti Donald Tramp Ağ Evin İrandakı siyasətini tənqid edən Roma Papası XIV Leoya yenidən müraciət ünvanlayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında paylaşım edib.

"Kimsə Papa Leoya İranın son iki ayda ən azı 42 000 günahsız, tamamilə silahsız etirazçını öldürdüyünü və İranın nüvə bombasına sahib olmasının tamamilə qəbuledilməz olduğunu deyə bilərmi?" - deyə Ağ Ev lideri paylaşımında vurğulayıb.

Qeyd edək ki, aprelin 12-də Roma Papası XIV Leo İrandakı hərbi əməliyyatları dayandırmağa və problemi sülh yolu ilə həll etməyə çağırış edib. O, "qadiri-mütləqlik illüziyası"nın bu müharibəni daha da alovlandırdığını bildirib. Tramp isə öz növbəsində qeyd edib ki, ABŞ olmasaydı, Papa XIV Leo Vatikanda otura bilməzdi. Buna cavab olaraq Papa Ağ Ev Administrasiyasından heç bir qorxusu olmadığını və İrandakı müharibə ilə bağlı öz mövqeyini açıq bildirməyə davam edəcəyini vurğulayıb.