Вернуться назад Распечатать

Hörmüz boğazında konteyner gəmisinə hücum edildi - FOTO

Hörmüz boğazı sularında, Oman sahillərindən təxminən 15 dəniz mili aralığında konteyner gəmisinə hücum faktı qeydə alınıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb.

"Gəminin kapitanının sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus artilleriya kateri onlara yaxınlaşaraq radiostansiya (VHF) vasitəsilə heç bir xəbərdarlıq etmədən atəş açıb. Nəticədə gəminin kapitan körpüsünə ciddi ziyan dəyib. Hər hansı bir yanğın və ya ekoloji zərər qeydə alınmayıb. Heyətin bütün üzvlərinin vəziyyəti yaxşıdır və onlar təhlükəsiz yerdədirlər", - deyə məlumatda vurğulanır.

Hörmüz boğazında konteyner gəmisinə hücum edildi - FOTO