İran hərbçilərinin Hörmüz boğazında iki konteyner gəmisini ələ keçirməsinin görüntüləri yayılıb.
Liderxeber.az xəbər verir ki, SEPAH hərbçiləri konteyner gəmilərinin göyərtəsinə qalxaraq xidməti ərazilərdən keçirlər.
Bir gün əvvəl məlum olmuşdu ki, SEPAH-ın hərbi-dəniz qüvvələri iki gəmini ələ keçirərək İran sahillərinə doğru müşayiət ediblər. Gəmilər müvafiq icazələr almadan Hörmüz boğazından keçməyə cəhd göstəriblər.
Söhbət Panama bayrağı altında üzən "MSC Fracesca" və Liberiyanı təmsil edən "MSC Epaminondas" gəmilərindən gedir.
SEPAH bəyan edib ki, Hörmüz boğazında asayişi və təhlükəsizliyi pozmaq İran üçün "qırmızı xətlər"dir.