ABŞ hərbi müdaxilələrə yenidən başlayacağı halda İran ordusu vuracağı obyektlərin siyahısını tərtib edib.
Liderxeber.az-ın məlumatına görə, bu xəbəri "Fars" informasiya agentliyi paylaşıb.
Bildirilib ki, sözügedən siyahı tərtib edilərkən adekvat cavab prinsipi əsas götürülüb:
"Əgər Amerika və ya İsrail İranın enerji obyektlərinə hücum edərsə, rəsmi Tehran İsrailin elektrik stansiyalarını və Yaxın Şərq regionundakı ABŞ tərəfdaşlarını hədəf seçəcək. Vaşinqton dəniz mühasirəsini davam etdirəcəyi təqdirdə isə İran hökuməti Bab əl-Məndəb boğazını qapatmağı, həmçinin Hörmüz boğazına minalar döşəməyi nəzərdə tutur".
Agentliyin məlumatında vurğulanır ki, ABŞ qüvvələrinin İran torpaqlarında ehtimal edilən quru əməliyyatlarına qarşılıq olaraq Tehran rəhbərliyi region əhalisini və "Müqavimət Oxusu" silahlı qruplaşmalarını səfərbər edərək, ərazidəki Amerika hərbi bazalarının zəbtinə cəhd göstərəcək.