Вернуться назад Распечатать

Səhərlər beyin fəaliyyətini necə artırmaq olar?

Neyrobioloq Ramzes Alkayd səhər saatlarında beyin fəaliyyətini stimullaşdırmaq üçün idman hərəkətləri etməyi və ardından faydalı səhər yeməyi yeməyi tövsiyə edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Men's Journal" nəşri məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, fiziki aktivlik kimi güc məşqləri və ya sürətli addımlarla gəzinti seçilə bilər. Ekspert vurğulayıb ki, səhər edilən isinmə hərəkətləri və zülal tərkibli qida qəbulu beyinin prefrontal qabığındakı qanı oksigenlə zənginləşdirir. Məhz bu nahiyə mürəkkəb qərarların qəbul edilməsi və diqqətin toplanması proseslərini tənzimləyir. Kişilər üçün bu cür rutin testosteronun təbii yolla istehsalına da müsbət təsir göstərir.

Neyrobioloq məsələni belə izah edib: "Səhər saatlarında kortizol və testosteronun təbii yüksəlişindən yararlanaraq bioloji ritmləri düzgün nizamladıqda, beyin ən yüksək məhsuldarlıqla çalışır. Bədən, beyin və hormonlar tam sinxronlaşdıqda diqqət pozuntuları yaşamaq əvəzinə, sabit bir konsentrasiya səviyyəsi əldə etmək mümkündür".

Alkaydın fikrincə, müasir həyat tempinə uyğunlaşmaq prosesində beynin xüsusi dəstəyə ehtiyacı var. O bildirib ki, qısa məzmunlu xəbərləri davamlı izləmək beyni mövzular arasında sürətli keçidlər etməyə vadar edir ki, bu da ani dofamin artımı ehtiyacı yaradır. Tədqiqatçı əlavə edib ki, bu vəziyyət birbaşa diqqət dağınıqlığına və konsentrasiya problemlərinə yol açır.