Вернуться назад Распечатать

Sürreal saat rekord qiymətə satıldı

Saat dünyasının ən qeyri-adi modellərindən biri sayılan “Cartier Crash” Honkonqda keçirilən “Sotheby's” hərracında rekord qiymətə satılıb.

Liderxeber.az xəbər verir ki, 1987-ci ilə aid qızıl model təxminən 2 milyon dollara alıcı tapıb.

Bu göstərici “Cartier” brendinin tarixində satılmış ən bahalı qol saatı kimi qeydə alınıb.

1960-cı illərin sonlarında yaradılan və “əriyən” formasına görə seçilən bu model sürreal üslubu ilə diqqət çəkir. Saatın dizaynı tez-tez Salvador Dalinin məşhur əsərlərini xatırlatdığı üçün sənət və saat həvəskarlarının xüsusi marağına səbəb olur.

Sadə mexaniki quruluşuna baxmayaraq, “Crash” modeli illər keçdikcə kolleksiyaçılar arasında daha da dəyər qazanır. Son dövrlərdə bir çox məşhurların bu modeli seçməsi də ona olan tələbatı artıran amillərdən biri kimi qiymətləndirilir.