ABŞ-nin Kentukki ştatında yerləşən banklardan birinə edilən silahlı basqın zamanı cinayətkar iki əməkdaşı qətlə yetirib.
Liderxeber.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Xəbərə görə, faciəvi hadisə aprelin 30-da Briya şəhərində qeydə alınıb. Silahlı cinayətkarın ofisə daxil olması nəticəsində bankın iki işçisi - bir qadın və bir kişi ölümcül güllə yaraları alıblar.
"Şübhəli şəxsin bankdan hər hansı bir məbləğlə və ya qənimətlə ayrılıb-ayrılmadığı məlum deyil", - deyə materialda qeyd olunur.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın axtarışlarını aparır. Polisdən verilən açıqlamaya əsasən, istintaqın əlində bəzi ipucları var. Asayiş keşikçiləri ehtimal edilən oğrunun təhlükəsizlik kameralarına düşən fotolarını ictimaiyyətə təqdim ediblər. Həmin şəxsin əynində boz şalvar və açıqrəngli üst geyimi, əllərində əlcək, üzündə isə maska olduğu görünür.