Вернуться назад Распечатать

“Tramp bütün Avropaya zərbə vurmaq istəyir”

“ABŞ Prezidenti Donald Trampın elan etdiyi Aİ avtomobillərinə tariflərin artırılması bütün Avropaya zərbədir”.

Liderxeber.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merts deyib.

O qeyd edib ki, ABŞ-nin yeni idxal rüsumlarını konkret olaraq Almaniyaya qarşı yönəlmiş tədbir kimi görmür.

“Tramp bütün Avropaya zərbə vurmaq istəyir”, - Merts qeyd edib.

Qeyd edək ki, Tramp mayın 1-də ABŞ bazarına idxal olunan avtomobillər və yük maşınlarına tətbiq edilən gömrük rüsumunu 25%-ə qaldıracağını bəyan etmişdi.