Вернуться назад Распечатать

Nevroloq beyin sağlamlığı üçün ən əlçatan üsulu açıqladı

"Xarici dillərin öyrənilməsi beyin sağlamlığını qorumağın ən əlçatan yollarından biridir".

Liderxeber.az xəbər verir ki, bu barədə nevroloq Qalina Çudinskaya lenta.ru-ya açıqlamasında bildirib.

Həkim izah edib ki, insan beyni plastikdir: yüklənmə təsiri altında o, idman zalında məşq edən əzələlər kimi fiziki olaraq dəyişir.

Onun sözlərinə görə, yeni dil öyrənilərkən nitq, yaddaş və diqqətə cavabdeh sahələrdə yeni neyron əlaqələr formalaşır, beyin yarımkürələri arasında əlaqəni təmin edən "korpus kallozum" daha aktiv işləyir.

Q.Çudinskaya qeyd edib ki, insan ana dili ilə xarici dil arasında keçid edərkən beyin mürəkkəb "məşq" həyata keçirir: eyni anda iki söz və səs sistemi, iki fərqli qrammatika saxlanılır, bir dil passivləşdirilir, digəri aktivləşdirilir. Bu proses zamanla diqqətin cəmlənməsi, problemlərin həlli və informasiya axınını filtrasiya etmək bacarığını yaxşılaşdırır.

Beynəlxalq tədqiqatlar göstərir ki, ən azı iki dili sərbəst bilən insanlar demensiya və Altsheymer xəstəliyi ilə orta hesabla 4-5 il daha gec qarşılaşırlar.