Вернуться назад Распечатать

“Hörmüz boğazında azı 10 dənizçi ölüb”

“İranın Hörmüz boğazını blokadaya alması nəticəsində azı 10 dənizçi həlak olub”​.

Liderxeber.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib.

O, dənizçilərin asan hədəfə çevrildiklərini deyib.

Bundan başqa, Rubio 87 ölkədən olan 23 min nəfər mülki şəxsin hələ də Hörmüz boğazında qalan gəmilərdə olduğunu və köməyə ehtiyac duyduqlarını diqqətə çatdırıb.