Вернуться назад Распечатать

Azərbaycan təmsilçisi "Avroviziya-2026"nın finalına keçə bilmədi

Vyanada keçirilən "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi yekunlaşıb.

Liderxeber.az xəbər verir ki, müsabiqədə 2-ci nömrə altında "Just Go" adlı mahnısı ilə çıxış edən təmsilçimiz JIVA (Cəmilə Həşimova) finala çıxa bilməyib.

Bu mərhələdə Albaniya, Avstraliya, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Malta, Norveç, Rumıniya və Ukrayna finala vəsiqə qazanıblar.

Qeyd edək ki, müsabiqənin final mərhələsi mayın 16-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.