Вернуться назад Распечатать

Dünyada yeni epidemiya: Konqoda ölənlərin sayı 65-ə çatdı

Konqo Demokratik Respublikasında (KDR) baş qaldıran yeni Ebola epidemiyası nəticəsində 65 nəfər həyatını itirib.

Liderxeber.az xəbər verir ki, "Bloomberg" agentliyinin yaydığı məlumata əsasən, virusa yoluxduğu ehtimal edilən daha 246 nəfər müşahidə altındadır.

Yerli səhiyyə qurumları vəziyyətə nəzarət və profilaktik addımları koordinasiya etmək məqsədilə təxirəsalınmaz yığıncaq təşkil ediblər. Götürülmüş 20 nümunədən 13-nün ilkin test nəticəsi müsbət çıxıb, hazırda isə virusun konkret ştamını təyin etmək üçün genetik ardıcıllıq analizləri davam edir. Mənbə qeyd edir ki, təhlükəli infeksiyanın dövlət sərhədlərini aşaraq beynəlxalq miqyasda yayılma təhlükəsi ciddi narahatlıq doğurur.