Rusiyada5 xəstə xərçəng xəstəliyinə qarşı peyvənd olunub.
Liderxeber.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova açıqlama verib.
Həmin şəxslərin yalnız bağırsaq xərçənginə qarşı peyvənd olunduğu bildirilir.
Onun sözlərinə görə, ilk peyvənd olunan şəxs artıq altı doza qəbul edib. Skvortsova preparatın yaxşı mənimsənildiyini və təhlükəsiz olduğunu qeyd edib. Bununla belə, müalicənin effektivliyi barədə yalnız bir neçə aydan sonra dəqiq danışmaq mümkün olacağı vurğulanıb.
Skvortsova hazırda daha 35 xəstənin peyvəndləmə növbəsində gözlədiyini qeyd edib.