ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı strategiyasını Kubada da tətbiq etmək niyyətindədir.
Liderxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Məlumata görə, Kuba inqilabının liderlərindən biri Raul Kastroya qarşı ittihamlar irəli sürüldükdən sonra ABŞ liderinin bununla bağlı ümidləri daha da artıb.
Nəşr iddia edir ki, Tramp Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılaraq Nyu-Yorka aparılması hadisəsini güc tətbiqinin nümunəsi kimi göstərib. Ağ Ev rəhbəri oxşar ssenarini Kubada da təkrarlamaq və ada dövlətində Maduronun varisi Delsi Rodriges kimi biri ilə sövdələşmə əldə etmək istəyir. Bu məqsədlə ABŞ administrasiyasının Kuba hökumətinə yaxın insanlar axtardığı bildirilir. Hətta bu axtarışlara şərti olaraq “Kubanın Delsisi” adının verdildiyi iddia olunur.