Вернуться назад Распечатать

Damarların və qanın vəziyyətinə mənfi təsir edən məhsullar açıqlanıb

Rusiyalı həkim-terapevt Nadejda Çernışova qanın və damarların vəziyyətinə mənfi təsir göstərən bir sıra məhsullardan imtina etməyi tövsiyə edib.

Liderxeber.az xəbər verir ki, mütəxəssis "Aif.ru"ya açıqlamasında kifayət qədər su içməyi unutmamağı, həmçinin mövsümi tərəvəz və meyvələr yeməyi məsləhət görüb.

"Rasiondan müxtəlif yarımfabrikatları və hisə verilmiş məhsulları, kolbasaları, sosiskaları çıxarmaq daha yaxşıdır. Belə məhsulları bəzi hallarda ləzzətli olduğu üçün yemək olar, lakin əsas qida kimi istifadə edilməməlidir", - ekspert xəbərdarlıq edib.

Çernışova, həmçinin orqanizmi güclü şəkildə susuzlaşdıran spirtli içkilərdən və qəhvədən həddindən artıq istifadə etməməyi məsləhət görüb:

"Ən vacib məsləhət su içmək və daha çox gəzməkdir. Lakin, qan qatılığından şübhələnirsizsə, özünümüalicə ilə məşğul olmaq lazım deyil. Həkimə müraciət edib ümumi qan analizi vermək lazımdır".