Вернуться назад Распечатать

Sülh razılaşması üçün Tehrana 12 milyard təklif edilib?

Qətər hökuməti ABŞ ilə İran arasında mümkün sülh razılaşması üçün Tehrana 12 milyard dollar təklif edildiyi barədə yayılan iddiaları rəsmən təkzib edib.

Liderxeber.az-ın xəbərinə görə, iddialarda bildirilirdi ki, Doha administrasiyası Vaşinqton və Tehran arasında yekun razılaşma əldə olunacağı təqdirdə, İrana maliyyə dəstəyi verməyə hazırdır.

Lakin Qətər tərəfi bu məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari açıqlamasında sözügedən xəbərləri “əsassız” adlandırıb.

Onun sözlərinə görə, bu məlumatlar diplomatik səylərə zərbə vurmaq istəyən dairələr tərəfindən yayılır.

Ənsari bildirib ki, Qətər regional tərəfdaşlarla koordinasiyalı şəkildə diplomatik fəaliyyətini davam etdirir və yayılan iddialar ölkənin beynəlxalq vasitəçi imicinə xələl gətirmək məqsədi daşıyır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl İranla mümkün razılaşmanın yaxın olduğunu açıqlayıb. O bildirib ki, tərəflər hazırda razılaşmanın son detalları üzərində danışıqları davam etdirirlər.