Вернуться назад Распечатать

Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını həyata keçirmək məqsədilə “Qazaxıstan Respublikasının Prezidenti haqqında” Qanunu imzalayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumat Tokayevin teleqram kanalında paylaşılıb. 

Müvafiq qanun ölkə prezidentinin hüquqi statusunu, səlahiyyətlərini, fəaliyyətinin təmin edilməsi qaydasını müəyyən edir.

Burada əsas yenilik ölkədə vitse-prezident institutunun təsis edilməsi olub. Tokayevin tapşırığı ilə vitse-prezident dövlət orqanları ilə qarşılıqlı fəaliyyətdə onun maraqlarını təmsil edəcək və dövlət başçısı tərəfindən müəyyən edilmiş funksiyaları yerinə yetirəcək. 

Bundan əlavə, Qazaxıstan lideri parlamentin təşkilini və fəaliyyətini, qanunvericilik prosesini və onun səlahiyyətlərinin həyata keçirilməsinin digər formalarını müəyyən edən “Qazaxıstan Respublikasının Qurultayı və onun deputatlarının statusu haqqında” konstitusiya qanununu imzalayıb.

Qeyd edək ki, martın 15-də Qazaxıstanda yeni Konstitusiya qəbul edilib. Sözügedən yeni Konstitusiya isə iyulun 1-dən rəsmən qüvvəyə minəcək.