Вернуться назад Распечатать

İranın qərbindəki aeroportlarda uçuşlar dayandırıldı

İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Hava limanlarında növbəti bildirişə qədər uçuşların həyata keçirilməyəcəyi bildirilir.

Bundan başqa, paytaxt Tehranda yerləşən Mehrabad və İmam Xomeyni adına beynəlxalq hava limanlarında da reyslər ləğv edilib.

“Flightradar24” monitorinq resursu isə İran, İraq və Suriya səmasında uçuşların həyata keçirilmədiyini əks etdirən məlumat paylaşıb.