Вернуться назад Распечатать

İran Livanla bağlı ABŞ qarşısında şərt qoydu

İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran arasındakı razılaşmanın kobud şəkildə pozulması kimi dəyərləndiriləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı bəyanat yayıb.

Nazir xarici ölkələrin səfirləri ilə keçirilən görüş zamanı vurğulayıb:

"Bizim qənaətimizcə, İsrailin Livana qarşı hər hansı hərbi təcavüzü və gələcəkdə bu ölkənin torpaqlarının işğalını davam etdirməsi qarşılıqlı anlaşma memorandumunun pozulması ilə nəticələnəcək".