Вернуться назад Распечатать

Avstraliyada uşaqlar üçün sosial şəbəkə qadağası sərtləşdirilir

Avstraliyanın baş naziri ölkə ərazisində uşaqların sosial platformalardan istifadəsinə dair qadağanı ən sərt səviyyəyə çatdırmaq planını açıqlayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, artıq altı aydır tətbiq edilən və dünyada bir ilk olan bu qayda yeniyetmələrin sosial şəbəkə vərdişlərinə demək olar ki, təsir göstərməyib.

Hökumət, "Meta", "Instagram" və "Google", "YouTube" kimi platformaların 16 yaşından kiçik şəxslərə hesab açmasını qadağan edən qanunu sınaqdan keçirməyi (stres-test) planlaşdırır. Baş nazir Entoni Albaneze Avstraliya Teleradioyayım Korporasiyasına müsahibəsində bildirib ki, hökumətin məqsədi qanunvericiliyi ən sərt və istənilən hüquqi çağırışlara tab gətirə biləcək vəziyyətə gətirməkdir. O əlavə edib ki, əsas fəaliyyət istiqamətlərindən biri milli internet tənzimləyicisi olan İnternet Təhlükəsizliyi Komissiyasının bu vəzifəni icra etmək üçün kifayət qədər səlahiyyətə malik olmasını təmin etmək olacaq.

Albaneze hökumətin hansı addımlar atacağı ilə bağlı əlavə təfərrüat verməyib, tənzimləyici qurum isə şərh verməkdən imtina edib.

Qeyd edək ki, bu həftə Britaniya Tibb Jurnalında dərc olunan məqalədə bildirilir ki, 408 yeniyetmə arasında aparılan araşdırmaya əsasən, 12-15 yaş aralığında olan avstraliyalıların 85%-i qadağanın qüvvəyə minməsindən üç ay sonra belə sosial platformalardan istifadə etməyə davam ediblər.