Вернуться назад Распечатать

Dəhşətli zəlzələdə ölənlərin sayı 3 minə çatır - Fotolar

Venesueladakı zəlzələlərdə ölənlərin sayı 2595-ə yüksəlib.

Liderxeber.az xəbər verir ki, bu barədə ölkənin müvəqqəti prezidenti Delsi Rodriges cümə axşamı keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, yaralıların sayı isə 12400 nəfərə çatıb.

Müvəqqəti prezident bildirib ki, yenilənmiş statistika ətraflı yoxlama prosesindən sonra açıqlanıb.

“Açıqladığımız rəqəm dəqiq yoxlanılmış rəqəmdir”, – deyə Rodriges bildirib.

Rodrigesin sözlərinə görə, zəlzələlər nəticəsində azı 855 bina zərər görüb.

O bildirib ki, hökumət bərpa işləri üçün ilkin olaraq 200 milyon ABŞ dolları ayırıb.

Hökumətin hesablamalarına əsasən, təxminən 12 800 nəfər evsiz qalıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) isə zəlzələlər nəticəsində təxminən 16 min nəfərin məcburi köçkün düşdüyünü qeydə alıb.