Вернуться назад Распечатать

Donald Tramp: "Mən İsrail tarixinin ən yaxşı prezidentiyəm"

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp özünü İsrail tarixinin ən yaxşı prezidenti hesab etdiyini bildirib.

Liderxeber.az xəbər verir ki, bunu Ağ Ev lideri CNBC televiziya kanalına açıqlamasında deyib.

"Mən İsrail tarixindəki ən yaxşı prezident olmuşam", - o bildirib.

Tramp tərəfindən səsləndirilən bu bəyanat, İrandakı atəşkəs razılaşması və Livan məsələsindəki fikir ayrılıqlarından sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərdə yaranan gərginlik zamanına təsadüf edir. ABŞ lideri Netanyahu ilə bəzi məsələlərdə həqiqətən də ixtilaflarının olduğunu etiraf edib. Amerika Birləşmiş Ştatlarının rəhbəri xüsusilə vurğulayıb ki, Livanın "Hizbullah" hərəkatına qarşı daha nöqtəvi zərbələrin endirilməsinin tərəfdarıdır. O, rəsmi Vaşinqtonun bu məsələdə dəstək verməyə hazır olduğunu qeyd edib və ya İsrail hökumətinə Suriyaya müraciət etməyi tövsiyə edib.