Вернуться назад Распечатать

65 minlik nadir tısbağaları aeroportdan keçirmək istədi - 5 ilədək həbs gözləyir

Moskvanın yerləşən Domodedovo Hava Limanında gömrük əməkdaşları 476 nadir Mərkəzi Asiya çöl tısbağasının qanunsuz daşınmasının qarşısını alıblar.

Liderxeber.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Tacikistandan gələn Rusiya vətəndaşı gömrükdən keçərkən yoxlanılıb.

Onun baqajındakı iki qutuda canlı tısbağalar aşkar edilib. Araşdırma zamanı məlum olub ki, həmin heyvanların ölkəyə gətirilməsi üçün tələb olunan icazə sənədləri olmayıb.

Şübhəli şəxs ifadəsində tısbağaları internet üzərindən satmağı planlaşdırdığını, bu partiyanın isə sınaq məqsədilə gətirildiyini etiraf edib.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən, müsadirə edilən tısbağaların bazar dəyəri 3 milyon rubldan (təxminən 65 min AZN) çoxdur.

Növ beynəlxalq CITES Konvensiyası ilə qorunduğundan onların ticarəti xüsusi icazə olmadan qadağandır.

Müsadirə olunan tısbağalar Moskva Zooparkının nadir heyvanların çoxaldılması mərkəzinə təhvil verilib.

Faktla bağlı xüsusilə qiymətli vəhşi heyvanların qaçaqmalçılığı maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.