Вернуться назад Распечатать

ABŞ-də Müstəqillik Günü tətili qanlı keçdi - 3 gündə 20 atışma

ABŞ-nin Müstəqillik Günü münasibətilə elan edilmiş 3 günlük bayram tətili günlərində ölkədə rekord sayda - 20 atışma hadisəsi qeydə alınıb. 

Liderxeber.az xəbər verir ki, bu barədə “Gun Violence Archive” qeyri-hökumət təşkilatı “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. 

Bildirilib ki, bu, 2021-ci ildən sonra ən yüksək göstəricidir. Bu atışmalar nəticəsində ümumilikdə 100 nəfər ölüb, 340 nəfər güllə yarası alıb. 

Təşkilat bu statistik məlumatların ilkin xarakter daşıdığını və dəyişə biləcəyini açıqlayıb.