Вернуться назад Распечатать

İspaniyada meşə yanğını - 12 ölü

İspaniyanın Əndəlüs bölgəsinin Almeriya əyalətində baş verən meşə yanğını nəticəsində azı 12 nəfər həlak olub.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Bedar ətrafındakı yaşayış məntəqələrini bürüyən alovlar zamanı bəzi qurbanların cəsədləri avtomobillərin içərisində tapılıb.

Hadisə nəticəsində ən azı altı nəfər yaralanıb. Hazırda 150-yə yaxın yanğınsöndürən və beş xüsusi texnika temperaturun 40 dərəcəyə yaxınlaşdığı ərazidə alovla mübarizə aparır.

İlkin ehtimallara görə, yanğın elektrik xəttinin qırılması və quru otların alışması nəticəsində baş verib. Lakin səlahiyyətlilər hadisənin səbəbinin hələ də araşdırıldığını bildirirlər.

Yanğın səbəbindən bəzi yollar bağlanıb, bir sıra yaşayış məntəqələrində təxliyə işləri aparılıb. Təxminən 50 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.