İranın Omidiyyə şəhəri ətrafındakı bir neçə obyekt ABŞ-nin regiona həyata keçirdiyi hücumlar nəticəsində zədələnib.
Liderxeber.az xəbər verir ki, bu barədə Xuzistan əyaləti qubernatorunun müavininin açıqlamasına istinadən "Mehr" agentliyi məlumat yayıb.
"Bu gün saat 02:10-da (Bakı vaxtı ilə 02:40) Omidiyyə şəhəri ərazisindəki obyektlərə ABŞ-nin raket zərbəsi endirilib", - deyə açıqlamada qeyd edilib.
Agentlik əlavə edib ki, hadisə zamanı ən azı dörd nəfər yaralanıb.