Вернуться назад Распечатать

İnfarkt riskini azaldan giləmeyvə açıqlanıb

Çiyələkdə infarkt riskini azaltmağa kömək edən maddələr mövcuddur.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Health" nəşrinin mütəxəssisləri bildiriblər.

Mütəxəssislər qeyd ediblər ki, ürək üçün xüsusilə faydalı olan antioksidantlar çiyələyin tərkibində çox miqdardadır. Xüsusilə antosianlar infarkt riskini azaldır. Bundan əlavə, onlar xərçəng hüceyrələrinin yaranma ehtimalını azaldır və onkoloji xəstəlikləri olan şəxslərdə xəstəliyin yayılmasının qarşısını alır.

Mütəxəssislər, həmçinin bu giləmeyvənin immun sistemi üçün də faydalı olduğunu qeyd ediblər.

Onlar çiyələyi havakeçirməyən qabda saxlamağı və yalnız yeməkdən əvvəl yumağı məsləhət görüblər. Onların sözlərinə görə, həddindən artıq nəm səbəbindən giləmeyvələrdə kif əmələ gələ bilər.