Вернуться назад Распечатать

Venesueladakı dəhşətli zəlzələnin fəsadları: Ölənlərin sayı artır

Venesuelada baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin sayı artaraq 4 829 nəfərə çatıb.

Liderxeber.az xəbər verir ki, bu barədə ölkənin rəsmi qurumları məlumat yayıb.

Məlumata görə, seysmik hadisə zamanı 16 740 nəfər xəsarət alıb, 6 462 nəfər isə xilas edilib.

Yeraltı təkanların baş verdiyi bölgədə 128 324 ailəyə lazımi köməklik göstərilib, 17 907 sakin isə evsiz qalıb. Təqribən 21 min insan üçün 106 müvəqqəti sığınacaq düşərgəsi qurulub və onlar orada yerləşdirilib.

Zəlzələnin ağır fəsadlarının aradan qaldırılması prosesinə 30 989 hərbçi, 31 315 könüllü və 2 408 beynəlxalq xilasedici cəlb edilib. Bundan əlavə, 34 872 nəfərə zəruri tibbi yardım göstərilib.

Fəlakətdən əziyyət çəkənlərə 10 tondan çox ərzaq məhsulu və 24 milyon litrdən artıq su göndərilib. Həmçinin, bölgədə 1 284 afterşok (təkrar yeraltı təkan) qeydə alınıb.

Qeyd edək ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə ara ilə 7.2 və 7.5 bal gücündə iki güclü zəlzələ olub.