Вернуться назад Распечатать

Çində qayıqda partlayış: Azı yeddi nəfər öldü, xəsarət alanlar var

Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətində, Mopanşan adası yaxınlığındakı sularda rezin qayığın partlaması nəticəsində yeddi nəfər həlak olub, bir nəfər isə itkin düşüb.

Liderxeber.az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları informasiya yayıb.

Qayıqda ümumilikdə 13 nəfər olub. İkisi ağır vəziyyətdə olmaqla, beş yaralı müalicə üçün xəstəxanalara yerləşdirilib.

İlkin araşdırmalara əsasən, qayıqdakılar dənizin çəkilməsi zamanı molyusk yığmağa gedən yerli sakinlər olublar. Geri qayıdarkən mühərrik yanacağının ehtimal edilən sızmasından sonra qayıqçı mühərriki işə salmağa cəhd edərkən qəfil partlayış baş verib.

Hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün əlavə istintaq tədbirləri davam etdirilir.