Вернуться назад Распечатать

ABŞ-də seçici kimi qeydiyyatda qalan 400 min ölmüş şəxs aşkarlanıb

ABŞ-də vəfat etmiş 400 min şəxsin hələ də seçici kimi qeydiyyatda olduğu müəyyən edilib.

Liderxeber.az "RIA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Markueyn Mallin açıqlayıb.

"Biz dörd ştatda seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçmiş 250 min vətəndaş olmayan şəxsi müəyyən etdik. Bu, yalnız dörd ştat üzrə göstəricidir.

Həmçinin bu məsələ ilə fəal məşğul olan ştatlarla birlikdə çalışdıq və onların seçici siyahılarında hələ də qeydiyyatda olan 400 min vəfat etmiş şəxsi aşkar etdik", - deyə o bildirib.