Вернуться назад Распечатать

Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu, ölən və xəsarət alan var

Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində gəmidə partlayış baş verib.

Hadisə zamanı heyət üzvlərindən bir dənizçi həlak olub, daha bir nəfər isə yaralanıb.

İran XİN baş verənləri kəskin pisləyib:

“Bu hücum müharibə alovunu daha da alovlandıra biləcək təcavüz aktıdır”.