Məşhur aktyor Erdal Beşikcioğlu saxlanılıb.
Liderxeber.az "Haber Global"a istinadən xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsində səhər saatlarında əməliyyat keçirilib.
O Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü və həmin bələdiyyənin sədridir.
Əməliyyatın korrupsiya istintaqı çərçivəsində keçirildiyi bildirilib. "Etimesgut Bələdiyyəsinin sədri Erdal Beşikcioğlunun da aralarında olduğu çox sayda şəxs saxlanılıb", - məlumatda bildirilib. (Ölkə.az)