İndoneziyanın Sumatra adasında 5.6 maqnitudalı zəlzələ baş verib.
Liderxeber.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri 840 min nəfər əhalisi olan Padanq şəhərindən 209 kilometr qərbdə yerləşib. Seysmik hadisənin ocağı 10 kilometr dərinlikdə olub.
İtki və dağıntı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
Xatırladaq ki, avqustun 15-də İndoneziyada 7.7 maqnitudalı zəlzələ baş verib. Bunun ardınca elə həmin tarixdə 6.9, növbəti günlərdə isə 6, 5.7 maqnitudalı təkanlar qeydə alınıb.