Вернуться назад Распечатать

İstanbulda tramvaylar toqquşdu, 10 yaralı - Fotolar

İstanbulda hərəkət halında olan iki tramvay toqquşub.

Liderxeber.az “TRT Haber”ə istinadən xəbər verir ki, Zeytinburnuda Pazartekke və Topkapı dayanacaqları arasında qeydə alınıb. 

Tramvayların üz-üzə toqquşduğu hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıblar. 

Qəzanın səbəbləri hələ məlum deyil.