İran ordusu ABŞ-nin ölkənin cənub bölgələrinə həyata keçirdiyi hücumlara cavab olaraq Bəhreyndəki ABŞ hədəflərinə zərbələr endirdiyini açıqlayıb.
Liderxeber.az xəbər verir ki, İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsinin yaydığı açıqlamada hücumların “İldırım” əməliyyatının 29-cu mərhələsi çərçivəsində həyata keçirildiyi bildirilib.
Qeyd edilib ki, Bəhreyndə yerləşən Şeyx İsa hava bazasındakı ABŞ qüvvələrinə məxsus radar qurğuları və hərbi mərkəzlər kamikaze dronlarla hədəfə alınıb.
Bəyanatda bazanın Fars körfəzi bölgəsində ABŞ-nin ən mühüm və həssas hərbi obyektlərindən biri olduğu qeyd edilib. Bazada helikopter və PUA-ların saxlanılması və təmiri üçün bölmələrin, eləcə də kəşfiyyat təyyarələrinin yerləşdiyi bildirilib.
İran ordusu hücumların davam etdiriləcəyini açıqlayıb.