"Yemək yeyərkən sosial şəbəkələrə baxmaq və videoları izləmək insanın fərqinə varmadan həddindən artıq qidalanmasına və rasionuna nəzarəti itirməsinə səbəb ola bilər"
Liderxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu diyetoloq Anton Polyakov deyib.
Rusiyalı mütəxəssis xəbərdarlıq edib ki, bu cür vərdiş həm də normal həzm prosesinə mənfi təsir göstərir:
Diyetoloqun sözlərinə görə, diqqət ekrana, videoya və ya smartfona yönəldikdə, insan qidanı demək olar ki, avtomatik şəkildə qəbul edir. Toxluq hissi isə yalnız mədədə narahatlıq və ağırlıq yarandıqdan sonra hiss olunur. Belə bir vərdişin mütəmadi təkrarlanması gələcəkdə artıq çəkiyə gətirib çıxara bilər.