Вернуться назад Распечатать

Batumidən uçan təyyarə Rizedə dənizə düşdü

Gürcüstandan havaya qalxan yüngülmühərrikli təyyarə Türkiyənin Rize vilayətində dənizə təcili eniş edib.

Liderxeber.az “Hürriyet”ə istinadən xəbər verir ki, “Aerospool WT-9 Dynamic” tipli təyyarə Batumidən havaya qalxıb və göyərtəsində 2 nəfər olub. 

Onların Belçika vətəndaşları olduğu və xilas edildikləri bildirilib. Sahilə çıxarıldıqdan sonra xəstəxanaya aparılan həmin şəxslərin vəziyyəti açıqlanmayıb.