Вернуться назад Распечатать

BƏƏ ilə diplomatik əlaqələri kəsdilər

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik əlaqələri kəsib. 

Liderxeber.az APS-yə istinadən xəbər verir ki, bu barədə Əlcəzairin Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

“Əlcəzair ikitərəfli münasibətlərin saxlanması üçün bütün imkanlar tükəndikdən sonra BƏƏ ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib”, - bəyanatda deyilir. 

Əlcəzair tərəfi bu addımın “BƏƏ-nin təxribatçı və düşmənçilik hərəkətlərinə cavab olaraq” atdıldığını bəyan edib. Rəsmi Əbu-Dabi isə hələlik məsələni şərh etməyib. BƏƏ səfirinə diplomatik əlaqələrin kəsilməsi haqqında qərarın yerinə yetirilməsi üçün 48 saat vaxt verilib. 

Məsələ ilə bağlı digər detallar məlum deyil.