Вернуться назад Распечатать

Danimarkadan radikal addım: Məktəblərdə mobil telefonlar tam qadağan edilir

"Danimarkada məktəblərdə mobil telefonların istifadəsinə tam qadağa qoyulmalıdır".

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Baş nazir Mette Frederiksen bəyan edib.

"Qadağa həm siniflərdə, həm də məktəb həyətlərində qüvvədə olmalıdır", - deyə o bildirib.

Təxminən bir il əvvəl ibtidai məktəblərdə mobil telefonların qadağan edilməsi barədə artıq siyasi razılaşma əldə olunmuşdu. Lakin parlament seçkisinin keçirilməsi səbəbindən qanun layihəsi qəbul edilməmişdi.