“Son aylarda Qara dənizdə mülki gəmilərə qarşı artan hücumlar regionda can, mal, gəmiçilik və ətraf mühit təhlükəsizliyinə ciddi zərər vurur”.
Liderxeber.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Təəssüf ki, bu hücumlarda Türkiyə və Azərbaycan vətəndaşı olan dənizçilərimiz də həyatlarını itirdilər. Həlak olan dənizçilərimizə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir və səbir diləyirəm. Müharibənin Qara dənizdə də yayılması və vətəndaşlarımızın həyatını, şirkətlərimizin fəaliyyətini təhlükəyə atması qəbuledilməz haldır”, - Türkiyənin XİN rəhbəri bildirib.