Вернуться назад Распечатать

“Cəhənnəm sanksiyaları”nı imzaladı

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi fonunda Rusiyaya qarşı əlavə sanksiyalar və tarifləri nəzərdə tutan qanun layihəsini imzalayıb.

Liderxeber.az “The Hill”ə istinadən xəbər verir ki, mərhum senator Lindsi Qremin adını daşıyan və “Cəhənnəm sanksiyaları” adlandırılan qanun prezidentə Rusiyanın enerji resurslarının ən böyük beş alıcısına və Moskvanın sanksiyalardan yayınmasına kömək edən ölkələrə 100 faizə qədər tarif tətbiq etmək səlahiyyəti verir.

Sənəddə İrana qarşı mövcud sanksiyaların genişləndirilməsi də nəzərdə tutulur.

Sanksiyalar Rusiya Prezidenti Vladimir Putinin müharibəni davam etdirmək üçün ehtiyac duyduğu resursları hədəfə almağa yönəlib.

Ukrayna Prezidenti Volodimir Zelenski Trampa qanunu imzaladığı üçün təşəkkür edib və onun müddəalarının “tam və tez bir zamanda” həyata keçirilməsinin Lindsi Qremin xatirəsini yad etməyin ən yaxşı yolu olduğunu bildirib.