Hörmüz boğazında ticarət gəmisi vurulub, gəmidə yanğın başlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Yükdaşımalarının Koordinasiya Mərkəzinə (UKMTO) məlumat yayıb.
Açıqlamada heyət üzvlərinin təhlükəsiz əraziyə təxliyə edildiyi və hadisə zamanı iki nəfərin yaralandığı vurğulanır.
Hazırda hücuma məruz qalan gəminin adı, qeydiyyatda olduğu liman və insidentin baş verdiyi dəqiq coğrafi koordinatlar barədə təfərrüat açıqlanmır.