Ermənistanda benzin və dizel yanacağı bahalaşıb.
Liderxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hazırda qiymətlər tarixi rekord səviyyəsinə çatıb.
Belə ki, İrəvanın yanacaqdoldurma stansiyalarında “Aİ 92” markalı benzinin bir litrinin qiyməti 580 dramdan (təxminən 2,71 AZN) 600 drama (təxminən 2,80 AZN) çatıb, “premium” benzin isə daha 20-30 dram bahalaşaraq 620-630 drama (təxminən 2,90-2,94 AZN) satılır.
Ölkədə dizelin qiyməti də artıb və hazırda 710 drama (təxminən 3,32 AZN) təklif edilir.