İran bəzi media orqanlarında ölkənin nüvə məsələsində mövqeyini yumşaltmağa hazırlaşdığı barədə yayılan məlumatları təkzib edib.
Liderxeber.az-ın xəbərinə görə, adının açıqlanmasını istəməyən iranlı rəsmi bildirib ki, Tehran nüvə məsələsində hər hansı yumşaqlıq nümayiş etdirməyəcək.
Rəsmi ABŞ-nin Hörmüz boğazı məsələsində çətin vəziyyətə düşdüyünü və diqqəti yayındırmaq məqsədilə nüvə məsələsini gündəmə gətirdiyini deyib.