Oktyabrın 4-də Braziliyada prezident seçkiləri keçirilib.
Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, artıq seçki bülletenlərinin 98,72%-i sayılıb.
Ən son məlumatlara görə, Liberal Partiyanın namizədi, senator Flaviu Bolsonaru seçicilərin 47,25%-nin, hazırkı dövlət başçısı Luis İnasio Lula da Silva isə 44,9%-nin səsini qazanıb. Qalan namizədlər onlardan xeyli geridə qalıblar.
Sabiq Braziliya Prezidenti Jair Bolsonarunun oğlu olan Flaviu Bolsonaru əsas rəqibini qabaqlasa da, bu, ona birinci turda qalib gəlmək üçün kifayət etməyib. Beləliklə, Bolsonaru və Lula da Silva seçkilərin ikinci turunda mübarizə aparacaqlar.
Qalan bülletenlərin nəticələrə ciddi təsir etməyəcəyi bildirilir.
İkinci turun 25 oktyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılıb.