Вернуться назад Распечатать

Kimya üzrə Nobel laureatları onlar oldu

Fransalı Anri Kaqan və yaponiyalı Kenso Soay üzvi sintez sahəsindəki işlərinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüblər. 

Liderxeber.az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Nobel laureatlarının işi homoxirallığa gətirib çıxaran reaksiyaları idarə etməyə imkan verib. 

Qeyd edək ki, Anri Kaqan 1930-cu ildə Fransada, Kenso Soay isə 1950-ci ildə Yaponiyada anadan olub. Mükafat fondu olan 12 milyon İsveç kronu (təxminən 2 milyon 30 min AZN) laureatlar arasında bərabər bölünəcək.

Xatırladaq ki, daha əvvəl amerikalı Karl Daysserot, həmçinin alman alimlər Peter Hegemann və Georg Nagel Fiziologiya və ya tibb üzrə, Belçika-ABŞ fiziki Frensis Halzen isə Fizika üzrə Nobel mükafatına layiq görülüblər.