İran Prezidenti Məsud Pezeşkian “MDB+1” formatının yaradılmasını təklif edib.
Liderxeber.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu təklifi o, MDB Dövlət Başçıları Şurasının Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən iclasında çıxışı zamanı səsləndirib.
Təklif olunan formatın məqsədi Tehran ilə Birlik ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsidir.
“Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr + İran” və ya “MDB+1” formatı dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm kimi yaradılmalıdır”, - Pezeşkian deyib.