Вернуться назад Распечатать

Husilərə görə həmin diplomatlara yeni məhdudiyyətlər tətbiq edildi

ABŞ Dövlət Departamenti Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) Səudiyyə Ərəbistanına zərbələr endirməsi fonunda bu ölkədə çalışan amerikalı diplomatlar üçün yeni məhdudiyyətlər tətbiq edib. 

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin Ər-Riyaddakı səfirliyinin saytında məlumat paylaşılıb. 

Yeni məhdudiyyətlərə əsasən, amerikalı dövlət qulluqçularının Dammam və Ciddə şəhərlərinin hava limanlarından istifadə etmək üçün xüsusi icazə almaları tələb olunur. 

Həmçinin Dövlət Departamenti ABŞ vətəndaşlarına uçuşlardan çəkinməyi, avtomobil və ya qatarla hərəkət etməyi tövsiyə edib.

Ddaha əvvəl isə Dövlət Departamenti diplomatlarının Ər-Riyadda yerləşən Kral Xalid adına beynəlxalq hava limanından istifadə etməsinə analoji məhdudiyyətlər tətbiq edib. 

Xatırladaq ki, son bir həftə ərzində husilərin Səudiyyə Ərəbistanında yerləşən beş hava limanına həyata keçirdiyi hücumlar nəticəsində 19 nəfər həlak olub, yüzlərlə şəxs yaralanıb.