Prezident Donald Tramp Kanadanın gələcəkdə ABŞ-nin tərkibinə qoşulacağına əminliyini ifadə edib.
Liderxeber.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ağ Ev rəhbəri noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkisindən əvvəl Arizonada Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
"Nəticədə o, 51-ci ştat olacaq, çünki başqa cür ola bilməz. O bizə lazım deyil. Biz ona lazımıq", - deyə Tramp Kanadanı nəzərdə tutaraq bildirib.
Xatırladaq ki, Donald Tramp daha əvvəllər də Kanadanı ABŞ-nin tərkibinə qoşulmağa çağırıb. ABŞ prezidenti dəfələrlə sözügedən ölkənin Baş naziri Mark Karnini "qubernator" adlandırıb. Kanada hakimiyyəti isə ABŞ-yə qoşulmaq ehtimalını rədd edib. Sentyabrın sonlarında Karni bildirib ki, Kanada hakimiyyəti son bir il ərzində ABŞ-nin hərbi müdaxiləsi ehtimalına hazırlaşıb, baxmayaraq ki, hadisələrin bu istiqamətdə gedişatı ehtimalının az olduğunu düşünür.