“Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”.
Liderxeber.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Tehranda qatıldığı proqramda deyib.
O, ABŞ ilə davam edən danışıqlara münasibət bildirərək, Vaşinqtonun təhdidlərdən imtina etməli və İran xalqının hüquqlarını tanımalı olduğunu bəyan edib.
İran lideri ABŞ-dən “zorakılıq dilindən imtina etməyi” və təcavüzkar addımları dayandırmağı tələb edib. O bildirib ki, yalnız bundan sonra tərəflər bir araya gələrək danışıqlar apara bilərlər.
“Biz müharibə tərəfdarı deyilik, lakin zorakılığa da boyun əyməyəcəyik. Bütün yolları bağlaya, təhdid edə və eyni zamanda, müzakirələrdən danışa bilməzsiniz”, – deyə Pezeşkian vurğulayıb.
İran Prezidenti, həmçinin imzalanan sazişlərə sona qədər əməl edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, ABŞ əvvəlcə saziş imzalayıb, daha sonra isə öhdəliklərini pozub.